Tehranda Putin və Rəisi arasında görüş keçirilib

İyunun 19-da Tehrana gələn Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
Danışıqlar İran İslam Respublikası Prezidentinin Aparatında baş tutub.
Bu, dövlət başçılarının 2022-ci il ərzindəki üçüncü görüşü olub. Həmçinin, Putin və Rəisi iki dəfə telefonla danışıblar.
Qeyd edək ki, hazırda Rusiya liderinin İran paytaxtında ölkənin ali dini lideri Əli Xamenei ilə görüşü keçirilir.
Mənbə: TASS