Şri-Lankanın yeni prezidenti seçildi

Bu gün Şri-Lanka parlamentində prezident seçkiləri keçirilib.
Hazırda ölkənin prezidenti vəzifəsini icra edən Ranil Vikramasinqhe seçkilərdə qalib gəlib.
Bu barədə parlamentin spikeri Mahinda Yapa Abeivardena məlumat verib.
Onun sözlərinə görə, Vikramasinqhe 134, Dallas Alahapperuma 82, Anura Kumar Dissanayaka isə üç səs toplayıb.
Mənbə: TASS