Hindistanda partlayış olub, 6 nəfər ölüb

Hindistanın Bihar ştatında fişəng istehsal olunan evdə partlayış olub.

APA “Ndtv.com”a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.

Saran rayonunda baş verən partlayışda evin bir hissəsi dağılıb. Səkkiz yaralı rayon xəstəxanasına çatdırılıb.

Polis dağıntılar altında insanların qala biləcəyini istisna etmir.