Yaponiyada vulkan püskürməsi ilə bağlı xəbərdarlıq elan edilib

Yaponiya Meteorologiya Agentliyi Kyuşu adasında Sakurajima vulkanının püskürməsi ilə əlaqədar maksimum xəbərdarlıq dərəcəsini elan edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin "NHK" televiziya və radio şirkəti bildirib.

Agentlik insanları kraterdən üç kilometrə qədər məsafədə ehtiyatlı olmağa çağırıb.

Bundan əlavə, bir neçə onlarla sakin ən təhlükəli ərazilərdən təxliyə edilib.