Rusiyada “Slava Ukraine” adlı Wi-Fi şəbəkəsi peyda oldu

Moskvada bir qadın yerli hüquq-mühafizə orqanlarına şikayət edib.
O, bildirib ki, qonşularından biri Wi-Fi şəbəkəsini “Slava Ukraine” adlandırıb.
Polis dərhal hadisə yerinə gəlib və “Slava Ukraine” adlı Wi-Fi nöqtəsinin həqiqətən də mövcudluğunu aşkarlayıb.
Lakin, siqnalın haradan gəldiyini müəyyən etmək mümkün olmayıb.
Mənbə: Mash