BMT TŞ Ukraynaya görə toplanır

BMT Təhlükəsizlik Şurası Ukraynadakı vəziyyətlə bağlı iclas keçirəcək.
Bu barədə məlumat BMT Təhlükəsizlik Şurasının iyul ayı üçün nəzərdə tutulan proqramında qeyd olunub.
Ehtimal olunur ki, iclasda Ukrayna taxılının, eləcə də Rusiyadan ərzaq və gübrələrinin ixracına dair İstanbulda imzalanmış sazişin icrası müzakirə olunacaq.
Mənbə: TASS