Fransada meymunçiçəyinə qarşı peyvənd mərkəzi açılıb

Fransanın paytaxtı Paris şəhərində meymunçiçəyinə qarşı ilk peyvənd mərkəzi açılıb.

“Report” xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.

Bildirilib ki, hər gün 200-300 nəfərin peyvənd edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Fransada 1 700 nəfər meymunçiçəyinə yoluxub.