Ağ Ev Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb

Ağ Ev ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, bu səfər Çinin suverenliyinin pozulması anlamına gəlmir.
“ABŞ Pelosinin Tayvana səfəri zamanı Asiyadakı vəziyyəti yaxından izləyəcək.  Gərginliyin artması üçün heç bir səbəb yoxdur”, - Ağ Evdən qeyd edilib.