Harris solçudur, ABŞ-ı dağıdacaq - Tramp

Demokratların namizədi Kamala Harris seçkidə qalib gəlsə, ABŞ çökəcək.

Axar.az xəbər verir ki, bunu respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Tramp Harrisi həddən artıq solçu adlandırıb:

“Yoldaş Kamala Harris ölkəmiz üçün dəhşətli perspektivdir. O, kommunistdir, həmişə kommunist olub və həmişə kommunist olacaq. Onun hakimiyyəti altında ABŞ çox tez dağılacaq. Biz buna imkan verməyəcəyik”.