Trampı əsəbiləşdirən SORĞU! Harris xal fərqini 7-yə yüksəldib

ABŞ-da aparılan son sorğuya görə, seçicilərin 48 faizi vitse-prezident Kamala Harrisi dəstəkləyir, 41 faizi isə onun rəqibi Donald Tramp haqqında müsbət düşünür. Bu son sorğu ilə Harris və Tramp arasındakı xal fərqi 7 bala yüksəlib və seçicilərin dəstəyinin istiqamətini dəyişməsi diqqət çəkir.
Sherg.az xəbər verir ki, Associated Press (AP) NORC İctimai Əlaqələr Mərkəzi ilə yeni seçki sorğusu keçirib.

Sorğunun nəticələrinə görə, noyabrın 5-də keçiriləcək seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə dəstək dərəcələri kəskin şəkildə artıb.

Müvafiq olaraq, Harrisi dəstəkləyən Demokrat seçicilərin səsvermə nisbəti yüzdə 83 olduğu halda, respublikaçıların 80 faizi Trampın qalib gələcəyini düşünür.

Ümumilikdə, ABŞ seçicilərinin 48 faizi seçkilərdə Harris haqqında müsbət düşünür, 41 faizi isə Trampı dəstəkləyir.

QADIN SEÇİCİLƏR HARRİSİ İSTƏYİR

Harris qadın seçicilər arasında, Trampa isə kişilər daha çox üstünlük verirlər.

AP-nin NORC İctimai Əlaqələr Mərkəzi ilə keçirdiyi əvvəlki sorğuda amerikalıların Trampı iqtisadiyyatı idarə etməkdə, Harrisi isə demokratiyaya sadiqliyinə görə dəstəklədiyi müəyyən edilib.