Kənan Sofuoğlunun 5 yaşlı oğlu dünyanın ən sürətli uşağı olub

Türkiyənin milli motosikletçisi Kənan Sofuoğlunun 5 yaşlı oğlu Zayn Sofuoğlu dünyanın ən sürətli uşağı olub.

Sherg.az xəbər verir ki, Zayn Sofuoğlu rekord qırıb.

İstifadə etdiyi nəqliyyat vasitələri ilə gündəmə gələn Zeyn dünyanın ən sürətli uşağı olub.
Zayn Sofuoğlu atasının dəstəyi ilə saatda 312 km sürətlə avtomobil sürüb. 


Sofuoğlunun rekordu qırdığı anlar  "5 yaşlı  Zayn saatda 312 kilometr sürətlə dünyanın ən sürətli uşağı oldu" sözləri ilə paylaşılıb.

 

Zayn Sofuoğlunun yaşı ilə bağlı şərhlərdən sonra sosial media hesabında onun şəxsiyyət vəsiqəsinin şəkli paylaşılıb.
Paylaşılan şəxsiyyət vəsiqəsi şəklinin altına “5 ildir 5 yaşı var deyənlərə gəlsin” qeydi edilib.