Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb

Türkiyədə bütün meşə yanğınları nəzarət altına alınıb
Türkiyəni son 4 gündə cənginə alan bütün meşə yanğınları nəzarət altına alınıb.

Sherg.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı "TRT Haber" televiziyasında bildirib.

Onun sözlərinə görə, indiyədək baş verən 247 meşə yanğınından 241-i nəzarət altına alınıb.

Bundan əvvəl Yumaklı İzmir vilayətində 3 böyük yanğının nəzarət altına alındığını bildirmişdi. Bölgədə ümumilikdə 4 mindən çox insan təxliyə edilib. Ölən və yaralananlar barədə məlumat verilmir. Daxili işlər naziri Ali Yerlikaya şənbə günü yanğınlara görə 7 nəfərin həbs edildiyini açıqlayıb.