Qəzzada ölənlərin sayı 40 mini ötdü

Qəzzada son sutkada 25 fələstinli ölüb, 73 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Beləliklə, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 099 nəfərə, yaralananların sayı 92 609 nəfərə çatıb.