Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Çeçenistanın başçısı Ramzan Kadırov amerikalı iş adamı, milyarder İlon Maskı Qroznıya dəvət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kadırov teleqram sosial hesabında bildirib.

“Qroznıya gəlin, sizi ən əziz qonağım kimi qəbul edəcəyəm! Düşünmürəm ki, Rusiya Xarici İşlər Nazirliyi belə bir səfərin əleyhinə olacaq”, - deyə o yazıb.

Kadırov Maska “Tesla” kiberavtomobilinə görə təşəkkür edib və amerikalı iş adamını “zəmanəmizin ən güclü dahisi” və “böyük insan” adlandırıb.

Ətraflı