"Fənərbaxça"nın prezidenti Ali Koç "Göztepe" matçında meydana daxil olub və hücuma məruz qalıb.
Sherg.az xəbər verir ki, Superliqanın 2-ci həftəsində "Fənərbaxça" səfərdə "Göztepe"nin qonağı olub. Matçın 51-ci dəqiqəsində "Fənərbaxça"nın prezidenti Ali Koç meydana daxil olub.
Ali Koç və mühafizəçilərin meydana daxil olmasından sonra matç bir müddət dayanıb.
Əli Koç səfər tribunasını tərk edərkən meydana Göztəpə azarkeşi daxil olub. Bu sırada "Göztepe" tribunasından atılan plastik şüşə Əli Koça dəyib.
Klub prezidenti müvazinətini itirərək yerə yıxılıb. Bir neçə azarkeşin Ali Koça hücum etməyə çalışdığı müşahidə edilib.
"Fənərbaxça"nın prezidenti təhlükəsizlik tədbirləri altında soyunub-geyinmə otağına aparılıb.
Son məlumata görə Ali Koçu vuran şəxs saxlanılıb.
DHA xəbərlərinə görə; "Göztepe" - "Fənərbaxça" matçının ikinci yarısında meydana daxil olan, "Fənərbaxça"nın tribunalarına gedən Ali Koçu Fatih Özkan adlı rəsminin itələdiyi, daha sonra geri dönərkən yerə yıxıldığı bildirilib.
Fatih Özkanın Göztepedə rəsmi menecer olmadığı, sadəcə məmur olduğu açıqlanıb.