İsrail-HƏMAS danışıqları nəticəsiz qaldı - Ədbülhadi

Qəzzada atəşkəs və HƏMAS-ın saxladığı girovların azad edilməsi ilə bağlı Qətərdə aparılan danışıqlar nəticəsiz qalıb.

Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdülhadi deyib.

“Vasitəçilər bizə dedilər ki, mübahisəli məqamlar həll olunmayıb, İsrailin Baş naziri Benyamin Netanyahu əlavə şərtlər irəli sürüb və danışıqları daha da çətinləşdirib”, - Əbdülhadi bildirib.