Şəmkirdə yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb - YENİLƏNİB

Avqustun 18-i gecə saat 1 radələrində Bakı-Qazaz-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu hissəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü K. Cəfərli "KamAz" markalı yük avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən, 1986-cı il təvəllüdlü Şamo Qafarovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi xəbərə görə, hadisə nəticəsində "VAZ-2106"-da olan sürücü və sərnişinlərdən biri ölüb, digər sərnişin, 1978-ci il təvəllüdlü, Ağstafa rayon sakini Qorxmaz Şirinov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda ölğn şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

***

saat 09.15

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistalının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı minik maşını yolda dayınmış avtomobilə arxadan çırpılıb. Qəza zamanı 2 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.