Qaxda qəza: Türkiyə vətəndaşı yaralanıb

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası olub.

Sherg.az Report-a istinadla xəbər verir ki, yol qəzası şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobusla “Leksus” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Türkiyə vətəndaşı, 1998-ci il təvəllüdlü Məhəmməd Sağlam yaralanıb.

O, müxtəlif dərəcəli xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.