Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejiminin ləğvinə dair saziş imzalanıb.

Teleqraf xəbər verir ki, sazişi Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud Türkiyə-Səudiyyə Koordinasiya Şurasının Üçüncü iclasından sonra imzalayıblar.

Sazişə əsasən diplomatik və xidməti (xüsusi) pasport sahibləri qarşılıqlı olaraq viza öhdəliyindən azad ediləcəklər.