Avtobus sürücüsü jurnalistə hücum edib

"Bu xuliqanın həbsinədək əl çəkməyəcəm"

"91 nömrəli, 99 JZ 264 qeydiyyat nişanlı bu avtobusun sürücüsü Biləcəridə küçənin ortasında mənə hücum edib".

Sherg.az xəbər verir ki, bu sözləri jurnalist Elşad Məmmədli bildirib. Onun sözlərinə görə, sarı toru boş saxlamaq üçün kəsişmədə dayanıb qarşıda yolun boşalmasını gözlədiyi vəziyyətdə arxadan davamlı şəkildə siqnal veriblər:

"Torun tələbini buna uca səslə izah edəndə təhqirə keçdi və avtobusdan düşərək, maşında oturduğum halda gözlənilmədən mənə zərbə endirməyə başladı. Yaşlı adam olduğu üçün təpiyin altına salmaqdan vaz keçdim, amma bu xuliqanın həbsinədək əl çəkəsi deyiləm".  

Jurnalist vəziyyətlə bağlı AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məsələ ilə bağlı məşğul olduğunu bildirib.