Qərb mediasının yazdığına görə, Ukrayna Avropa texnologiyalarına əsaslanan öz hava hücumundan müdafiə (HHM) sistemini yaratmağı planlaşdırır.
Sherg.az xəbər verir ki, məlumata görə, Kiyev ABŞ istehsalı olan raketlərin azalması fonunda bir il ərzində öz raketdən müdafiə sistemini qurmağı hədəfləyib. Lakin ekspertlər bu məqsədin reallaşdırılmasının olduqca çətin olacağını bildirirlər.
Qeyd olunur ki, bu addım Ukraynanın ABŞ silahlarından asılılığını azaltmaq planının bir hissəsidir. Bununla belə, Avropa ölkələrinin alternativ HHM sistemlərini kifayət qədər miqdarda istehsal etmək imkanlarının məhdud olduğu vurğulanır.