Papuaşvili: Gürcüstan və Avropa Parlamentini dəyərlər uçurumu ayırır

"Gürcüstan və Avropa Parlamentini (AP) dəyərlər uçurumu ayırır və respublikanın bu Aİ qurumunu bürüyən xaosla heç bir ortaq cəhəti yoxdur".

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

“Biz Avropa ölkəsi kimi düşünürük. Biz demokratik ölkə kimi düşünürük. Dəyərlər baxımından aramızda bir uçurum var. Gürcü dəyərlərinin bu gün Avropa Parlamentində baş verən "əcəbsəndəl" ilə ortaq heç bir şeyi yoxdur və ola da bilməz. Aİ institutu Gürcüstan Parlamentinin və bütövlükdə Gürcüstanın onunla hər hansı bir əlaqəsinin olması üçün əhəmiyyətli dərəcədə dəyişməlidir”, - Papuaşvili bildirib.

Bundan əvvəl Avropa Parlamentinin Xarici İşlər Komitəsi Litvalı Avropa Parlamentinin üzvü Rasa Yukneviçienė tərəfindən hazırlanan Gürcüstanla bağlı hesabatı təsdiqləmişdi. Hesabatda bildirilirdi ki, Avropa Parlamenti Gürcüstanda demokratiyanın, qanunun aliliyinin və Avropaya inteqrasiyanın vəziyyətindən qəzəblənir.