Azərbaycan BRİKS-ə qoşulmaq istəyir - Bülbüloğlu

Azərbaycan BRİKS-ə qoşulmaq istəyir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində deyib.

“BRİKS-ə üzv olmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Bu barədə rusiyalı həmkarlarımızla danışdıq. Lakin bu da bir prosesdir”, - səfir bildirib.