ABŞ-ın Bakı və İrəvanla bağlı bu layihəsi… - Səfir

ABŞ-ın Azərbaycan və Ermənistanı əhatə edəcək yeni yol layihəsi siyasiləşdirilməməlidir.

Axar.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS İnformasiya Agentliyinə müsahibəsində deyib.

“Vaşinqton Rusiya və Çindən yan keçməklə belə bir nəqliyyat marşrutu açmaq planlarını nəzərdən keçirir. Mən bu məsələni siyasiləşdirməzdim. Məsələ ondadır ki, bu, hər hansı yeni dəhliz açılanda sınaqdan keçirilmiş və əlverişli olanlardan dərhal imtina edilib yeni marşruta qaçılacağı demək deyil. Bunun üçün uzun zaman, böyük vəsaitlər və bir çox ölkələrin razılığı lazımdır”, - o bildirib.

Səfir qeyd edib ki, nəqliyyat imkanlarının müxtəlifliyi biznesin inkişafı üçün yalnız daha çox şərait yaradır:

“Nəqliyyat dəhlizi nədir? Bu, yüklərin və insanların daşınması, ticarət üçün bir fürsətdir. Yollar nə qədər çox olsa, bizneslə məşğul olmaq, ticarət və turizmi inkişaf etdirmək bir o qədər əlverişli olur. İstənilən yol ərazilərin inkişafı deməkdir”.