Arvadını öldürməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb


Xırdalan şəhərində həyat yoldaşı Sevinc Əhmədağayevanın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən Laçın Əhmədağayevin məhkəmələri başlayıb.

APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ətraflı

Məhkəmənin baxış icası avqustun 30-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xırdalan şəhərində baş verib. 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayeva ilə əri 1974-cü il təvəllüdlü Laçın Əhmədağayev arasında yaranan münaqişə zəminində ər arvadın başını kəsərək qətlə yetirib.

Abşeron rayon prokurorluğunda araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Hadisə ailənin 3 yaşlı qızının gözü önündə baş verib.