Ərdoğanla Bayden arasında mümkün görüşün tarixi və mövzusu açıqlanıb


Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət başçısı Co Bayden Nyu-Yorkda BMT Baş Assambleyasında görüşə bilərlər.

Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.

Nəşrin məlumatına görə bu, gələn ay - sentyabrda baş tuta bilər.

“Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı danışıqlar bir müddətdir ki, davam edir. Gələn ay Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq”, - deyə məqalədə bildirilir.