Çexiyada aviaşou zamanı təyyarə qəzaya uğrayıb

Böyük Britaniya istehsalı, II Dünya Müharibəsi dövrünə aid tək mühərrikli qırıcı “Hawker Hurricane Mk. IV” təyyarə Çexiyanın qərbindəki Çeb şəhərində aviaşouda nümayiş uçuşu zamanı qəzaya uğrayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, pilot aldığı xəsarətlərdən dünyasını dəyişib, daha bir nəfər xəsarət alıb.

Tarixi qırıcı nümayiş uçuşu zamanı hündürlüyünü itirib və aviaşounun keçirildiyi sahənin yaxınlığında yerləşən kotteclərdən birinə çırpılıb. Digər təfərrüatlar barədə məlumat verilmir.