Bazar günü Çinin Çinxay əyalətində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 30 min insanın yaşadığı Nağçu şəhərindən 204 km aralıda yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.