İran Salman Rüşdiyə hücumda kimin günahkar olduğunu açıqladı


“Britaniya yazıçısı Salman Rüşdiyə hücumda yalnız onun özü, eləcə də onu dəstəkləyənlər günahkardırlar”.
Bunu bazar ertəsi keçirilən mətbuat konfransında İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani Çafi bəyan edib.
“Sui-qəsd cəhdi ilə bağlı vəziyyətdə biz özü və tərəfdarlarından başqa, heç kimi günahkar və qınaq obyekti hesab etmirik. Heç kəsin İranı (yazıçıya hücumda) ittiham etməyə haqqı yoxdur”, - deyə o bildirib.
Xatırladaq ki, avqustun 12-də səhər saatlarında naməlum şəxs Nyu-York ştatının qərbində təhsil mərkəzinin səhnəsində Rüşdiyə bıçaqla hücum edib. Yazıçı süni nəfəs aparatına qoşulmuşdu. Bildirilib ki, Rüşdi aldığı xəsarətlər səbəbindən bir gözünü itirə bilər.
Qeyd edək ki, Rüşdi “Şeytan ayələri” romanına görə 1989-cu ildə İranın ali dini lideri ayətullah Xomeyninin verdiyi fətva ilə ölüm hökmü altında idi.