Azərbaycan XİN-dən Misirə başsağlığı MESAJI 

Azərbaycan Xarici İşlər Nazirliyi Misirdəki kilsə yanğını ilə bağlı bu ölkədəki həmkarlarına başsağlığı verib.
Nazirlik yaralıların tezliklə şəfa tapmasını diləyib.
Qeyd edək ki, avqustun 14-də Qahirədəki Əbu-Sifin qibti kilsəsində baş verən yanğın zamanı 41 nəfər həlak olub.