İran Amerika ilə məhkumların transferini həyata keçirməyə hazırdır
“Sherg.az” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani bildirib.
O qeyd edib ki, ABŞ-da günahsız yerə məhkum edilən İran vədəndaşlarını ailələrinə və evlərinə qaytarmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.
Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken İranda Təhlükəsizlik bəhanəsi ilə həbs edilən ikili vətəndaşların azad olunmasını tələb edib. Blinken çıxışının davamında, "Amerika olaraq bu şəxslərin azadlığa çıxması üçün əlimizdən gələni edirik və Robert Malley’de bu tələbi İrana çatdırdı" deyib.
Mənbə : Haber Global