Putin Stalinin variantına "əl atdı"

Ana 10-cu övladının 1 yaşı tamam olduqdan sonra 1 milyon rubl bəxşiş alacaq


Rusiya prezidenti Vladimir Putin doğum nisbətlərinin aşağı düşməsinin qarşısını almaq məqsədilə ölkədə “Qəhrəman Ana” mükafatını yenidən təqdim edəcəklərini açıqlayıb.
 
"Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki, nəzərdə tutulan plana görə, ana 10-cu övladının 1 yaşı tamam olduqdan sonra 1 milyon rubl bəxşiş alacaq:

Uşağını müharibədə və ya fövqəladə hadisə nəticəsində itirsə belə, maddi hədiyyəni əldə edə biləcəklər. 

 Qeyd edək ki, ilk dəfə Sovet dövründə İosif Stalin əhalinin sayını artırmaq üçün 1944-cü ildə bu qanunu gündəmə gətirib. 400 min qadına pul mükafatı verilib.