Türkiyəli məşhur aktyor vəfat etdi

Türkiyəli aktyor, əsasən seriallarda oynadığı rolları ilə məşhur olan Civan Canova 67 yaşında vəfat edib.

Bu barədə aktyorun sənət dostu Esma Dermancıoğlu məlumat yayıb.

Qeyd edək ki, Civan Canova “Paramparça”, “Çiçek taksi”, “Fatmagülün suçu ne?” kimi məşhur seriallarda əsas rolların ifaçısı olub.