Kanada Rusiyaya yeni sanksiyalar tətbiq edib

Kanada hökuməti Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bu açıqlama ilə Kanadanın Baş naziri Castin Trüdo çıxış edib.

“Bu gün biz Rusiyadan olan 62 şəxsə və müdafiə sektorundan bir müəssisəyə qarşı yeni sanksiyalar elan edirik” - deyə C. Trüdo Ukrayna Prezidenti Vladimir Zelenskinin təşkil etdiyi Krım Platforması sammitində çıxışı zamanı bildirib.

O əlavə edib ki, Kanada Ukraynaya müdafiə və digər sahələr üzrə dəstək göstərməkdə davam edəcək.  

Mənbə: Ura.news