Hindistanda Məhəmməd peyğəmbəri təhqir edən deputat saxlanılıb

Hindistanın hakim Cananta Partiyasının deputatı Məhəmməd peyğəmbəri təhqir etdiyi üçün saxlanılıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, deputat Raja Sinqhin sosial şəbəkədə yayılan videoları müsəlman icması arasında ciddi narazılıq yaradıb. Heydərabadda etiraz aksiyası keçirən minlərlə sakin onun həbsini tələb edib.

Sinqhin çıxışları müsəlman ölkələrində də narazılıq yaradıb.