Zelenskidən Müstəqillik Günü mesajı: “Əvvəllər sülh deyirdik, indi qələbə deyirik”

Ukrayna Sovet İttifaqından ayrılaraq müstəqil olmasının 31-ci ildönümü qeyd edir.

24 avqust Müstəqillik Günü münasibətilə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciət videosu yayımlayıb.

“Rusiyanın ölkəmizi işğal etdiyi 24 fevral günü Ukrayna yenidən doğuldu. Əvvəllər sülh deyirdik, indi qələbə deyirik. Donbası və Krımı nə yolla olursa-olsun, geri alacağıq”, - deyə Ukrayna prezidenti qeyd edib.

Ukrayna hakimiyyəti Rusiyanın hücumlarının artacağından ehtiyat edərək Müstəqillik Günü ərəfəsində ictimai tədbirləri qadağan edib.

Mənbə: Haber Global