Türkiyə, Finlandiya və İsveç arasında məsləhətləşmələr keçiriləcək

İki Skandinaviya ölkəsinin Şimali Atlantika Alyansına (NATO) qoşulması ilə bağlı Helsinki, Stokholm və Ankara nümayəndələri arasında məsləhətləşmələr avqustun 26-da Finlandiyada keçiriləcək.

Bu barədə çərşənbə günü Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş bu həftənin cümə günü Finlandiyada keçiriləcək. Görüşdə Finlandiya, İsveç və Türkiyənin Madriddə NATO sammitində razılaşdırdığı anlaşma memorandumunun bəndlərinin icrası nəzərdən keçiriləcək”, - deyə Finlandiya XİN-dən bildirilib.

Mənbə: TASS