Moderna” “Pfizer” və “BioNTech”i məhkəməyə verir

ABŞ-ın biotexnoloji şirkəti “Moderna” “Pfizer” və “BioNTech”i koronavirus peyvəndi ilə bağlı patent pozuntusuna görə məhkəməyə verir.

“Report” xəbər verir ki, bu barədə “Ouest France” məlumat yayıb.

“Moderna” şirkəti hesab edir ki, “Pfizer” və “BioNTech”in hazırladığı “Comirnaty” peyvəndi şirkətin 2010-2016-cı illər arasında peyvənd istehsalı zamanı istifadə olunan texnologiyaya dair patentləri pozur.