Qırğızıstan-Tacikistan sərhədindəki atışmada yaralıların sayı 100-ü keçdi - YENİLƏNİB

Tacikistan tərəfi Qırğızıstanın Batken rayonunun sərhəddə yerləşən Dostuk kəndini minaatanlardan atəşə tutub.
Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti məlumat yayıb.
“Saat 11:15-də Tacikistan tərəfi Batken rayonunun Dostuk kəndi Tacikistan tərəfindən atəşə məruz qalıb. Tacikistan tərəfi üç minaatan ekipajından kəndi atəşə tutub”, - deyə məlumatda bildirilib.
Qurumdan verilən məlumata görə, Batken bölgəsində yerləşən qırğız birləşmələri “düşmənin hücumunu dəf edir”.
09:11
Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı qarşıdurma nəticəsində sentyabrın 17-si saat 09:00-a olan məlumata görə, tibb məntəqələrinə daxil olan xəsarət alanların sayı 103 nəfərdir.
Bu barədə Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat mərkəzindən məlumat verilib.
Yaralılardan beşi ambulator müalicəyə göndərilib.
Xəsarət alanlar əsasən bədənlərinin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları alıblar.
Xatırladaq ki, sentyabrın 16-da səhər saatlarında Qırğızıstan və Tacikistan sərhədində bir neçə yerdə atışma başlayıb. Leylek və Batken rayonlarında yaşayış məntəqələri atəşə tutulub.

Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində Batken və Leylek rayonlarının yeddi kəndinin, həmçinin Oş vilayətinin Çon-Alay rayonunun Cəkəndi kəndinin  sakinləri evlərini tərk ediblər.

Qeyd edək ki, bundan əvvəl 24 nəfərin həlak olması, 87 nəfərin yaralanması barədə xəbər yayılıb.

Mənbə: 24.KG