“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçunun son klubu Latviyadan “Yelqava” olub.
Xatırladaq ki, "Şamaxı" bu qış Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos və Alfons Msanga Mabulanı da transfer edib.