Misli Premyer Liqasında dekabrın 22-dən başlanan qış fasiləsi sabah başa çatır.
QOL.az xəbər verir ki, 25 günlük fasilə 19-cu turun oyunları ilə bərpa olunacaq.
Bununla da çempionatın ikinci, həlledici hissəsinə start veriləcək. Qış fasiləsindən sonra bizi avrokuboklar uğrunda yarışan, Premyer Liqada qalmaq istəyən komandaların iştirakı ilə daha gərgin, maraqlı oyunların gözlədiyini söyləyə bilərik.
Qeyd edək ki, bu turun ilk matçında lider "Qarabağ" "Şamaxı"nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 19:00-da başlanacaq.
Ümumən 19-cu turun oyun təqvimi aşağıdakı kimidir:
17 yanvar
19:00. "Qarabağ" - "Şamaxı"
18 yanvar
16:00. "Zirə" - "Araz Naxçıvan"
18:30. "Sumqayıt" - "Səbail"
19 yanvar
16:00. "Kəpəz" - "Turan Tovuz"
18:30. "Neftçi" - "Sabah"