Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində 59 meyit ekshumasiya edilib.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, kütləvi məzarlıqda ekshumasiyasını məhkəmə ekspertləri həyata keçirib.
Bildirilib ki, məzarlıqdan 26 qadın, 16 kişi və 17 hərbçinin cəsədləri ekspertiza üçün çıxarılıb. Təhqiqat davam edir.