Putin: “Ukrayna dili Krımda dövlət dillərindən biridir” - VİDEO

“Ukrayna dili Krımda dövlət dillərindən biridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bəyan edib.
“Krım-tatar və rus dili ilə yanaşı Ukrayna dili də Krımda dövlət dilidir”, - deyə o, bildirib.
Dövlət başçısı, ümumiyyətlə, Ukrayna da daxil olmaqla hər hansı bir mədəniyyətin “ləğv edilməsi” cəhdini mümkünsüz adlandırıb.
Putin bir çox rusiyalı ailələrin Ukrayna mahnılarını və mədəniyyətini sevdiklərini vurğulayıb.