Şolts Aİ-nin üzvlərinin sayının artırılmasına çağırıb

Avropa İttifaqının (Aİ) üzvlərinin sayı artırılmalıdır.

Trend "Reuters"ə istinadən xəbər verir ki, bunu şənbə günü Almaniya kansleri Olaf Şolts Avropa Sosial Demokratlar Partiyasının toplantısında deyib.

"500 milyondan çox azad və bərabər vətəndaşı olan 27, 30, 36 dövlətdən ibarət Aİ dünyaya daha çox təsir edə biləcək", - deyə O.Şolts bildirib.

Siyasətçi özünü Aİ-nin genişlənməsinin tərəfdarı adlandırıb. Onun fikrincə, Avropa İttifaqının Şərqə doğru irəliləməsi üzv ölkələr üçün sərfəlidir.