Rusiyada hərbi təlimlər zamanı terror aktı törədilib

Rusiyanın Belqorod vilayətində poliqonda terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Bildirilir ki, Belqorod vilayətinin Qərb Hərbi Dairəsindəki poliqonda MDB ölkələrindən birinin iki vətəndaşı tərəfindən terror aktı törədilib. Könüllülərlə təlimlər zamanı terrorçular şəxsi heyəti atəşə tutublar. Hadisə nəticəsində 11 nəfərin həlak olduğu, 15 nəfərin yaralandığı, terrorçuların cavab atəşi ilə məhv edildiyi bildirilir.