Ərdoğan Türkiyəyə başsağlığı verən liderlərə təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Bartının Amasra rayonunda mədəndə baş verən partlayışdan sonra başsağlığı verən dövlət başçılarına təşəkkür edib.

Trend xəbər verir ki, bu barədə R.T.Ərdoğan şənbə günü özünün "Twitter" səhifəsində yazıb.

"Bartında yaşadığımız ağrıları bizimlə bölüşən bütün dost dövlətlərə və onların xalqlarına səmimi həmrəyliklərinə görə Türkiyə xalqı adından minnətdarlığımı bildirirəm", - deyə R.T.Ərdoğan bildirib.