Mask Ukrayna ilə bağlı fikrini dəyişdi: Cəhənnəm olsun...

“SpaceX”-in rəhbəri İlon Mask Ukraynada “Starlink”i maliyyələşdirməyə davam edəcək.

Axar.az xəbər verir ki, bu barədə Mask Tvitter hesabında bildirib.

“Cəhənnəm olsun. Baxmayaraq ki, “Starlink” hələ də pul itirir və digər şirkətlər milyardlar alır, biz isə Ukrayna hökumətini pulsuz maliyyələşdirməyə davam edəcəyik”, - Mask tvitində qeyd edib.

Qeyd edək ki, daha öncə Mask Ukraynada “Starlink”i maliyyələşdirməyi dayandırmaq istəyini açıqlamışdı.