Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndəriləcək - Vəliəhd  açıqlayıb

Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman şənbə günü Ukraynaya 400 milyon dollarlıq humanitar yardım göndərəcəyini elan edib.

Trend rəsmi “Saudi Press” (SPA) agentliyinə istinadla xəbər verir ki, Krallığın vəliəhdi bu bəyanatı Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığından sonra verib.

Məhəmməd bin Salman qeyd edib ki, Səudiyyə Ərəbistanı gərginliyin aradan qaldırılması istiqamətində əlindən gələn bütün səyləri davam etdirəcək, habelə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa hazırdır.