ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb

ABŞ-ın Pensilvaniya ştatında atışma nəticəsində 3 nəfər ölüb, daha biri yaralanıb.

APA xəbər verir ki, yerli polisin “Twitter“ hesabından verilən məlumata görə, hadisə Pitsburqda baş verib.
İki qadın və bir kişi ölüb. Daha bir kişi yaralanıb.

“WPXI” nəşri aydınlaşdırıb ki, hüquq-mühafizə orqanları yerli vaxtla saat 22:08 radələrində Sidar prospektinə çağırılıb.

Zərərçəkənin həkimə müraciət etdiyi deyilir, amma onun vəziyyəti barədə məlumat verilməyib.

Hadisəni törədən şəxs və faciənin digər təfərrüatları barədə hələlik məlumat yoxdur.