Şənbə günü axşam saatlarında Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında baş verən dava nəticəsində başlayan yanğın söndürülüb.
APA İRNA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında məhbuslar arasında münaqişə baş verib, hadisə quldurların saxlandığı qanadda başlayıb. Hüquq-mühafizə orqanları həbsxanaya nəzarəti təmin edib və yanğınsöndürənlər yanğını söndürüblər.
Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib: “Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, siyasi məhbusların olduğu kamera münaqişənin baş verdiyi yerdən uzaqda yerləşir.